İdman
AFFA-ya 5,55 milyon avro ödənilir
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində AFFA-ya 5,55 milyon avro ayıracaq.
Publika.az xəbər verir ki, Vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.
Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir, digər 30 faiz isə klubun avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.
Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro əldə edəcək.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edir. Çempionlar Liqasının altı turundan sonra Ağdam turnir cədvəlində 22-ci yerdədir. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcək.
-
Sağlamlıq12:33Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
-
ABŞ12:13Müəllim şagirdləri aldadaraq onların açıq-saçıq fotolarını yaydı - FOTO
-
Hadisə12:02Bakıda xalq artistinin oğlu döyüldü
-
MDB11:52Moskvalılar ən soyuq gecəni yaşadılar
-
Hadisə11:20General Elbrus Orucovun polkovnik qardaşı vəfat etdi - FOTO
-
Sağlamlıq10:13Həkimdən krandan su içənlərə xəbərdarlıq: "Ciddi təhlükələr var!"
-
Səhiyyə09:30Azərbaycanda həkim-xəstə qarşıdurması: Günahkar kimdir?
-
Hadisə09:21Goranboyda dəhşətli qətl - Qazi saxlanıldı


























.jpg)






