İdman
Ərdoğan Türkiyə çempionatındakı mərc oyunlarından danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə çempionatında mərc oyunları ilə bağlı hadisələrə və istintaq prosesinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.
R.T.Ərdoğan baş verən hadisələrdən ciddi şəkildə məyus olduğunu qeyd edib.
"İdarəçisindən rəhbərinə və futbolçusuna qədər bir çox şəxsin bu işin içində olması və adlarının belə qalmaqallara hallanması, üstəlik, bunun bizim ölkəmizdə baş verməsi Prezident olaraq məni də çox üzüb. Başqa tərəfdən isə, bu vəziyyət bizi heyrətə salıb. Milyonlarla lirə transfer haqqı alan bu insanlar belə işlərə necə qarışa bilər?" - o əlavə edib.
Türkiyə lideri məhkəmə sisteminin ədalətli nəticə çıxaracağından əminliyini ifadə edib.
"Burada ədalət bizim üçün son dərəcə vacibdir. Hesab edirəm ki, məhkəmə bu vəzifəsini ən ideal şəkildə yerinə yetirir".
Qeyd edək ki, mərc oyunlarda iştirakla bağlı yüzdən çox hakim, klub rəhbəri və futbolçu istintaqa cəlb edilib.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...






.jpg)











.png)


















