İdman
Azərbaycan Premyer Liqası: Vernidub debüt edəcək
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“İmişli” “Karvan-Yevlax”ı qəbul edəcək. Qubada keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Turun son qarşılaşması isə “Neftçi” ilə “Sumqayıt” arasında keçiriləcək. Saat 19:00-da başlayacaq bu görüş paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub üçün debüt xarakteri daşıyır.
Turun ötən günlərdə keçirilmiş oyunlarda “Şamaxı” “Zirə”yə (2:1), “Kəpəz” “Qəbələ”yə (1:0), “Qarabağ” isə “Araz-Naxçıvan”a (5:1) evdə qalib gəlib. “Turan Tovuz” isə azarkeşləri önündə “Sabah”a (1:3) uduzub.
Azərbaycan Premyer Liqası, 15-ci tur
15 dekabr
14:00 İmişli – Karvan-Yevlax
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Quba OİK stadionu.
19:00 Neftçi – Sumqayıt
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
“Neftçi Arena”.
Heybət
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)






























