İdman
Bu futbolçu Messini ötdü: Forma satışında yeni lider kimdir?
2025-ci ilin bitməsinə cəmi iki həftə qalıb və Avropa azarkeşləri üçün ilin əsas futbol kumirinin kim olduğu artıq aydındır. Bu məsələdə ən obyektiv göstəricilərdən biri satılan formaların sayıdır.
Publika.az xəbər verir ki, bu il azarkeşlərin yeni kumiri meydana çıxıb və çoxları bunu ilk cəhddən təxmin edə bilər. Söhbət “Barselona”nın gənc ulduzu Lamin Yamaldan gedir. Üzərində onun adı yazılmış köynəklərin rəsmi satışı 1,32 milyon ədədə çatıb. Bu barədə “Score 90” məlumat yayıb.
Bu göstərici ilə Yamal “İnter Mayami”nin futbolçusu Lionel Messini geridə qoyub. Messinin formaları 1,28 milyon satılıb. Üçüncü yerdə “Barselona”nın digər hücumçusu Robert Levandovski qərarlaşıb – 1,11 milyon satış.
Dördüncü pillədə “Real”ın ulduzu Kilian Mbappe 1,02 milyon göstərici ilə yer alıb. Onu komanda yoldaşı Vinisius izləyir – 992 min.
Altıncı sırada “Flamenqo”nun liderlərindən Corjian de Arraskaeta yer alıb (975 min). Yeddinci pillədə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo (925 min), səkkizinci yerdə “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş (878 min), doqquzuncu sırada “Bayern”in bombardiri Harri Keyn (867 min) qərarlaşıb. “İlk onluğ”u “Real”n futbolçusu Rodriqo 798 min satılan futbolka ilə tamamlayıb.
Heybət
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)































