İdman
Görün Messiyə Hindistanda nə hədiyyə etdilər: Hansı mesajları verir? - FOTOLAR
Lionel Messi "G.O.A.T India Tour" layihəsi çərçivəsində Hindistana səfərini davam etdirir.
Publika.az xəbər verir ki, turun son dayanacağı Dehli olub. Duman səbəbindən uçuş geciksə də, argentinalı futbolçu paytaxta çatdıqdan dərhal sonra planlaşdırılan görüş və tədbirlərə qatılıb.
Səfərin ən simvolik məqamlarından biri Maharaştra ştatının baş naziri Devendra Fadnavisin Messiyə hədiyyə etdiyi Padmapani Bodhisattvasının portreti olub. Buddist ənənəsində bu obraz mərhəmət, mənəvi yolu təcəssüm etdirir və jest daha çox mədəni xarakter daşıyıb.

Digər bir hədiyyə isə hindistanlı biznesmen tərəfindən təqdim edilib. O, Messinin və həyat yoldaşı Antonellanın ənənəvi hind geyimlərində təsvir olunduğu portreti bağışlayıb. Bu addım rəsmi protokoldan uzaq, qonağa hörmət və onu yerli mədəni kontekstə daxil etmək cəhdi kimi dəyərləndirilib.
Qeyd edək ki, Messi bir neçə gün ərzində Mumbay, Haydarabad və Kəlküttədə olub. Kəlküttədə futbolçuya maraq o qədər böyük olub ki, stadionda müəyyən xaos yaşanıb. Səfər çərçivəsində Messi siyasətçilər, Bollivud ulduzları və idmançılarla da görüşüb.
Turun yekunu Feroz Şah Kotla stadionunda görünməsi və Puranа-Kila yaxınlığında fotosessiya ilə başa çatıb. Bundan sonra Messi Mayamiyə qayıdacaq. Bu səfər bir daha göstərdi ki, Leo artıq təkcə futbol ulduzu deyil, qlobal mədəni fenomenə çevrilib.
Heybət

-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)































