İdman
Türkiyə nəhəngi "Barselona"nın ulduzunu istəyir
"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Bildirilir ki, almaniyalı qolkiperlə "Beşiktaş" klubu maraqlanır. Türkiyə nəhəngi artıq 33 yaşlı futbolçunun icarəyə götürülməsi üçün kataloniyalılara rəsmi təklif göndərib.
Lakin qeyd olunur ki, ter Ştegen özü daha az statuslu çempionat naminə İspaniya La Liqasını tərk etmək niyyətində deyil.
Mark-Andre ter Ştegen 2014-cü ilin yayından "Barselona"nın formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir. "Transfermarkt" portalı qapıçının transfer dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Heybət
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)































