İdman
“Mançester Siti” də nəhənglərlə mübarizəyə qoşuldu: Bu müdafiəçiyə görə
“Mançester Siti” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Geyini transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
“Şəhərlilər” komandanın müdafiə xəttini yeniləməyi planlaşdırır və məhz 25 yaşlı ingilis futbolçu müdafiənin gücləndirilməsi üçün əsas hədəf hesab olunur.
Yayda “Liverpul”a transferi baş tutmadıqdan sonra futbolçu London klubu ilə 2026-cı ilin yayınadək qüvvədə olan müqaviləni uzatmaq istəməyib. Müdafiəçi komandanı dəyişmək niyyətindədir və “Siti” uzun müddətdir onun çıxışlarını izləyir.
Qeyd olunur ki, transfer qışda baş tuta bilər, çünki “qartallar” oyunçunu yayda pulsuz buraxmaq istəmir.
Mark Geyiyə “Liverpul”, “Barselona” və “Bayern” ciddi maraq göstərir, həmçinin “Real” da mübarizəyə qoşula bilər. Cari mövsümdə 25 yaşlı ingilis futbolçu 25 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Heybət
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)































