İdman
“Siti” Messiyə görə “Barselona”ya görün nə qədər təklif edib: Laporta qəzəblənib
“Barselona” 2008-ci ildə “Mançester Siti”nin Lionel Messi üçün səhvən 30 milyon funt sterlinq məbləğində təklif göndərməsindən sonra şoka düşüb və qəzəblənib.
Publika.az xəbər verir ki, həmin dövrdə “şəhərlilər” yeni sahiblərin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyub və transfer bazarında dərhal səs-küy yaratmaq istəyib.
Komandanın o vaxtkı baş məşqçi Mark Hyuzun köməkçisi Mark Bouenin sözlərinə görə, klub transfer pəncərəsinin sonlarında ulduz futbolçular üçün tələsik şəkildə bir neçə eyni məzmunlu təklif göndərib.
Hədəflər arasında Dimitar Berbatov, Frank Riberi, Robinyo və gözlənilmədən Lionel Messi də olub.
Təklif “Barselona”nın prezidenti Xuan Laportanın masasına qədər çatıb və onun bu təklifə əsəbləşərək dərhal rədd cavabı verdiyi bildirilir. Nəticədə “Mançester Siti” Robinyonu transfer edib, Messi isə “Barselona”da tarixi bir dövrün simvoluna çevrilib.
Heybət
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)































