İdman
"Qarabağ" PLANLARI AÇIQLADI - Yanvarın 3-dən 10-na kimi...
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
Publika.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.
Misli Premyer Liqasının XVI turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var








.jpg)





























