Sauldan qalmaqallı açıqlama: Bu klub “Real”dan böyükdür
Bizi izləyin

İdman

Sauldan qalmaqallı açıqlama: Bu klub “Real”dan böyükdür

“Atletiko Madrid”in keçmiş yarımmüdafiəçisi, hazırda “Flamenqo”da oynayan Saul qalmaqallı açıqlama verib.

Publika.az xəbər verir ki, Saul Braziliya klubunu “Real Madrid”lə müqayisə edib.

– Paralel aparsaq, “Flamenqo” “Real” kimidirmi?

– Hətta “Real”dan da böyükdür. “Real Madrid”in əslində azarkeşi yoxdur. “Real” məşhurdur, bəli – qələbələri sayəsində bütün dünyada tanınır, ona görə də çoxlu azarkeşi var. Amma stadiona gələndə heç nə hiss etmirsən..

Ancaq ikonik stadion olan “Marakana”ya gələndə ora həmişə dolu olur. Səfər oyunlarında da tribunalar “Flamenqo” azarkeşləri ilə dolu olur.

Bu yaxınlarda “Sport Recife” ilə oynadıq və bizi başqa bir stadiona göndərdilər, çünki azarkeşlərimiz başqa cür yerləşə bilməzdilər. Və bu, üç saat yarımlıq uçuşa baxmayaraq belədir. Limaya çatanda azarkeşlərimiz stadionu 100% doldurdular. Və düşünürsünüz ki, onlar əsl azarkeşlərdir”, – Saul deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm