Bu Qran Pri təqvimə qayıdır
Bizi izləyin

İdman

Bu Qran Pri təqvimə qayıdır

Formula 1 təşkilatçılığı Portuqaliyanın Qran-Prinin mərhələləri cədvəlinə qayıdacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat verib.

Razılaşma iki mövsümü əhatə edir – 2027 və 2028-ci illər. Yarışlar “Autódromo Internacional do Algarve” avtodromunda, yəni Portimao Avtodromunda keçiriləcək.

Portuqaliya Qran-Prisi əvvəllər 1958–1960 və 1984–1996-cı illərdə təşkil olunub, lakin həmin dövrdə yarışlar Eştoril, Boavişte, Kaşkayş və Monsanto-Park avtodromlarında baş tutub.

Portimaoda isə yarışlar 2020 və 2021-ci illərdə keçirilib və hər iki Qran-Prini Lüis Hemilton qazanıb. Portuqaliyaya qayıdış ilkin olaraq COVID pandemiyası səbəbindən təqvim genişləndirilərkən baş verib, bir il sonra isə Vyetnam Qran-Prisinin çıxarılması ilə əlaqədar olub.

Portuqaliyada ən çox qələbə qazananlar isə Alen Prost və Neycel Mansen olub – hər biri üç dəfə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm