Sosial
Yusif az qala Şəkinin yarısını alıbmış: Evlər, obyektlər, maşınlar... - SİYAHI
“Qumar kralı” kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb.
Publika.az xəbər verir ki, “Qafqazinfo” Şəkili Yusifin üzərinə məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının siyahısını əldə edib.
Az qala Şəkinin yarısını “alıbmış”
Siyahıdan görünür ki, Yusif Baqiyevin özünün, həyat yoldaşının və digər yaxın qohumlarının adına rəsmiləşdirilən əmlakların böyük hissəsi Şəki şəhərində yerləşir. Şəhərin demək olar ki, hər küçəsində olan sərvəti təxminən 5 milyon manat qiymətləndirilir.
- Bəxtiyar Vahabzadə, Səmədbəy Mehmandarov, Məmməd Şərif Həmidov, Fuad Əbdürahmanov, Mikayıl Müşfiq, Şah İsmayıl Xətai küçələri, eləcə də İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə prospektlərində yerləşən fərdi yaşayış evləri, villalar və mənzillər;
- Ayrı-ayrı yerlərdə çoxsaylı torpaq sahələri;
- Qeyri-yaşayış sahələri (obyektlər);
- Qoxmuq kəndində böyük ərazini əhatə edən ayrıca qeyri-yaşayış sahəsi.
Bakı və Abşerondakı mülklər
Şəkili Yusifin paytaxt və Abşeron ərazisində də xeyli sayda əmlakı müəyyən edilib:
- Səbail rayonu, Badamdar qəsəbəsində bir neçə mənzil;
- Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Ş.Qurbanov küçələrində, həmçinin Saray və Hökməli qəsəbələrində yerləşən çoxsaylı mənzillər, bağ evləri və torpaq sahələri.
- “Lamborghini Urus” və “Mercedes-Benz G63 AMG” (müvafiq olaraq 400 min manata yaxın və 332 350 manat qiymətləndirilir-red) markalı lüks avtomobillər.
Bu siyahıda Şəkili Yusifin məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının adları yer alır. Amma bunlardan əlavə də çoxsaylı mülkər var ki, prokurorluqda onların da cinayət yolu ilə qazanılmış pullar hesabına alındığına əsaslı şübhələr yaranıb.
Hazırda cinayət işi üzrə məhkəmə araşdırması gedir. İttihamda yazılıb ki, Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvləri qanunsuz əldə olunmuş pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsini müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırıblar.
-
Qoroskop01:40Günün ulduz falı: Yeni bir eşq macərasına başlamaq ehtimalı yüksəkdir
-
Hadisə00:55Cəbrayıl və Füzulidə güclü YANĞIN: sərhəd boyunca... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin100:35Elnarə Abdullayevaya AĞIR İTKİ - FOTO
-
İdman7 Yanvar 22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 7 Yanvar 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ7 Yanvar 21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə7 Yanvar 20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 7 Yanvar 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi








.jpg)












.jpg)











.jpg)

