İdman
“Qarabağ”ın qapıçısı 4-6 aylıq sıradan çıxdı
“Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.
Publika.az kluba istinadən xəbər verir ki, qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
Ötən gün Misli Premyer Liqasının 1-ci turundan təxirə salınan “Sabah”la matçda zədələnən yarımmüdafiəçi Xoni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borqes isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam edir.
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
































.jpg)


