İdman
Üçqat Olimpiya çempionu helikopter pilotu oldu
Üçqat Olimpiya çempionu olan isveçli Markus Hellner peşəkar karyerasını başa vurduqdan sonra özünü biznes sahəsində tapıb
Publika.az xəbər verir ki, keçmiş xizəkçi yerli mətbuata açıqlamasında hazırda geyim brendinin yaradıcısı, eyni zamanda helikopter pilotu olduğunu bildirib.
“Bu, yeni bir həyatdır. İndi helikopter idarə edirəm və geyim xəttinə rəhbərlik edirəm”, – deyə Hellner qeyd edib.
O, pilotluq hüququnu nə vaxt əldə etdiyini açıqlamayıb. 2024-cü ildə təsis edilən “Hellner” adlı idman geyimi brendi qısa müddətdə kifayət qədər uğurlu startap kimi tanınıb.
40 yaşlı isveçli idmançı 2006–2018-ci illər aralığında peşəkar səviyyədə çıxış edib. Dünya Kubokunun ümumi sıralamasında onun ən yaxşı nəticəsi 2009/10 mövsümündə üçüncü yer olub.
2010-cu ildə Vankuverdə keçirilən Olimpiya Oyunlarında Markus 30 km məsafədə, eləcə də 4×10 km estafet yarışında qızıl medal qazanıb. Dörd il sonra isə İsveç yığması Soçi-2014 Olimpiadasında estafet yarışında yenidən qalib olub.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)







.jpg)


















