Sosial
“Prezident və Media-2026” ictimaiyyət tərəfindən maraqla qarşılandı - VIDEO
Yanvarın 7-dən etibarən Naxçıvan Televiziyasında canlı yayımlanan “Prezident və Media-2026” adlı xüsusi layihə olan xəbər marafonu ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Publika.az xəbər verir ki, üç gün davam edən canlı efir marafonu çərçivəsində 30-a yaxın müsahib proqramın qonağı olub.
Hər gün saat 17:00-dan 19:00-dək yayımlanan xəbər marafonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mühüm mesajlar ətraflı şəkildə müzakirə edilib.
Studiyaya dəvət olunan Ali Məclisin deputatları, politoloqlar, ekspertlər və tanınmış jurnalistlər, eyni zamanda efirə qoşulan Milli Məclisin deputatları Prezidentin çıxışında yer alan əsas məqamları təhlil edib, ölkənin daxili və xarici siyasəti ilə bağlı aktual mövzulara aydınlıq gətiriblər.
Marafon zamanı dövlət–media münasibətləri, informasiya təhlükəsizliyi, regional proseslər, beynəlxalq münasibətlər, eləcə də Azərbaycanın 2026-cı ilə qədər olan inkişaf strategiyası diqqət mərkəzində saxlanılıb. Canlı debat və şərhlər tamaşaçılara baş verən prosesləri daha dərindən anlamaq imkanı yaradıb.
“Prezident və Media-2026” adlı xüsusi layihə dinamik formatı, peşəkar aparıcılığı və müxtəlif baxış bucaqlarını əhatə edən müzakirələri ilə seçilib.
NTV-nin efirində üç gün ardıcıl CANLI yayımlanan xəbər marafonu həm televiziya auditoriyası, həm də sosial media istifadəçiləri tərəfindən geniş izlənilib, qısa müddət ərzində yüksək baxış göstəriciləri qazanıb və həştəqlər vasitəsilə geniş şəkildə paylaşılıb.
Qeyd edək ki, Naxçıvan Televiziyasının digər xüsusi layihələri çərçivəsində də gələcəkdə ölkənin televiziya kanalları ilə müxtəlif formatlarda telekörpülərin qurulması nəzərdə tutulur.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
















.jpg)


















