Mbappe Ronaldonun tarixi rekordunu təkrarladı
Bizi izləyin

İdman

Mbappe Ronaldonun tarixi rekordunu təkrarladı

“Real” İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Sevilya”nı məğlub edib. Görüş “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, Madrid klubunun qollarından birinin müəllifi Kilian Mbappe olub. Bu top fransalı hücumçu üçün cari ildə klub səviyyəsində vurduğu 59-cu qol kimi qeydə alınıb.

Beləliklə, Mbappe təqvim ili ərzində vurulan qolların sayına görə “qalaktikos”un əfsanəsi Kriştiano Ronaldonun klub rekordunu təkrarlayıb. Portuqaliyalı futbolçu bu göstəricini 2013-cü ildə müəyyənləşdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm