İdman
Məşhur məşqçi karyerasını bitirdi
Məşhur isveçrəli məşqçi Lyusen Favr karyerasının bitirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Favr bu barədə “Blick”ə verdiyi müsahibədə deyib.
“Bu qərarı bir müddət əvvəl verdim… Həmişə məşğul olmuşam. İndi 68 yaşım var, vaxt uçub gedir. Demək olar ki, yaşımı unutmuşdum, çünki həmişə işlə məşğul olmuşam”.
Favr məşqçilik karyerasına 1991-ci ildə İsveçrədə başlayıb, lakin ən böyük uğurunu Almaniyada qazanıb. 2011-ci ildə o, o dövrdə Bundesliqada sonuncu yerdə olan “Borussiya” Menhenqladbaxı idarə edib. Favr komandanı aşağı liqaya düşməkdən xilas edib və tezliklə onları Çempionlar Liqasına çıxarıb. Onun rəhbərliyi altında klubda Marko Roys, Mark-Andre ter Ştegen və Qranit Caka kimi futbolçular yetişib.
Favr 2018-ci ildən 2020-ci ilə qədər “Borussiya Dortmund”da çalışıb. Ceydon Sanço və Erlinq Haaland onun rəhbərliyi altında oynayıblar.
Favrın son komandası 2022-23-cü illərdə rəhbərlik etdiyi “Nitsa” olub.
2006 və 2007-ci illərdə Favr İsveçrənin ən yaxşı futbol məşqçisi seçilib.
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf






.jpg)





























