İdman
Premyer Liqada qalmaqal: Tanınmış klub rəhbəri pedofillikdə şübhəli bilinir
London polisi İngiltərə Premyer Liqasındakı klublardan birinin yüksək vəzifəli əməkdaşı ilə bağlı istintaq başladıb.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Həmin şəxs bir sıra seksual cinayətlərdə şübhəli bilinir. Hələ rəsmi ittiham irəli sürülmədiyi üçün onun kimliyi açıqlanmır. Mənbələr onun Premyer Liqanın tanınmış klubunun nüfuzlu rəhbəri olduğunu bildirir. Hazırda həmin şəxs vəzifədədir və funksiyalarını yerinə yetirir.
İstintaq materialları uşaqların seksual istismarını əhatə edən hallarla bağlıdır. Məlumata görə, iddia olunan qurbanlardan biri həmin hadisələr zamanı 15 yaşında olub. Eyni zamanda, hüquq-mühafizə orqanları mümkün obsken materialların yaradılması və yayılması ilə bağlı məlumatı da araşdırır.
“2025-ci ilin noyabrında polisin diqqətinə qanunsuz kontentin hazırlanması və seksual xarakterli hərəkətlər barədə siqnal çatıb. Hazırda ilkin istintaq tədbirləri aparılır. Hələlik həbs qeydə alınmayıb,” – Londondakı polis idarəsinin rəsmi açıqlamasında deyilir.
İstintaq RASSO xüsusi bölməsinin mütəxəssisləri tərəfindən aparılır. Bu bölmə ağır seksual cinayətlər üzrə ixtisaslaşıb. Qeyd olunur ki, hadisələr uzun zaman ərzində baş verib və İngiltərənin cənub-şərqində müxtəlif məkanlarda qeydə alınıb, klubdakı peşəkar fəaliyyətlə birbaşa əlaqəsi yoxdur.
Heybət
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq






.jpg)




























