İdman
"Sabah" "Qarabağ"ın seriyasına son qoydu
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün qış çempionu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, 2025-ci ilin son oyunundan sonra dəqiqləşib.
16-cı turun “Sumqayıt”la səfər görüşündə 3:1 hesabı ilə qalib gələn “Sabah” yeni ili lider kimi qarşılayacaq. Xallarının sayını 37-yə çatdıran Bakı klubu son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.
Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komanda olub. Sonuncu yeni qış çempionu 17 il əvvəl - 2008/09 mövsümündə qeydə alınmışdı. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.
Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb və “Sabah” siyahıda 10-cu olub. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25) fərqlənib. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.
Heybət
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq






.jpg)




























