İdman
“Atletiko” Simeone ilə bağlı qərar verdi: Müqaviləsi olsa da...
“Atletiko”nun rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə əməkdaşlığın uzadılması variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, mütəxəssisin mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, klub yeni sözləşmənin imzalanmasında maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, argentinalı çalışdırıcı ilə hələlik rəsmi danışıqlara başlanmayıb. Bununla belə, klub daxilində Simeonenin layihənin gələcək inkişafı üçün ən uyğun fiqur olduğu qənaəti var. Bu mövqeyi “Atletiko”nun prezidenti Enrike Sereso, baş icraçı direktor Migel Anxel Hil Marin və idman direktoru Mateu Alemani dəstəkləyir.
Dieqo Simeone Madrid təmsilçisini 2011-ci ilin dekabrından çalışdırır. O, bu müddət ərzində “Atletiko”nu 2 dəfə La Liqa çempionluğuna daşıyıb. Cari mövsümdə Madrid klubu 18 turdan sonra 37 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Heybət
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək






.jpg)




























