İdman
Peres Arbeloa ilə bağlı bu qərarı verdi, narazılıq yarandı
“Real”ın prezidenti Florentino Peres baş məşqçi Alvaro Arbeloanın gələcəyi ilə bağlı qərarını verib.
Publika.az xəbər verir ki, klub rəhbəri mövsümün sonunda mütəxəssisi vəzifəsindən azad etməyi planlaşdırır. Bu barədə jurnalist Xorxe Piko məlumat yayıb.
Bununla belə, direktorlar şurasının bəzi üzvləri baş məşqçinin komandada qalmalı olduğunu və özünü sübut etmək üçün şans qazanmalı olduğunu düşünür. Fikir ayrılığına baxmayaraq, Peres mövqeyində qətidir və yayda yeni baş məşqçi gətirmək istəyir.
Qeyd edək ki, Alvaro Arbeloa yanvar ayının ortalarında Xabi Alonsonu əvəz edərək “kral klubu”nun baş məşqçisi olub. Komanda İspaniya kuboku və Çempionlar Liqasında müvafiq olaraq 1/8 və 1/4 final mərhələlərində mübarizəni dayandırıb. La Liqada isə vəziyyət çətindir. Mövsümün sonuna 7 tur qalmış komanda “Barselona”dan 9 xal geri qalır və çempionluq şansları minimal qiymətləndirilir.
Heybət
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120 İyun 20:36Zeynəb Xanlarova övladları ilə - FOTO

































