"Real"ın futbolçusunu zooparka getdiyinə görə peşman etdilər - FOTOLAR
Bizi izləyin

İdman

"Real"ın futbolçusunu zooparka getdiyinə görə peşman etdilər - FOTOLAR

"Real"ın futbolçusu Din Heysen La Liqadakı Milad tətilindən istifadə edərək BƏƏ paytaxtı Əbu-Dabiyə yollanıb.

Publika.az xəbər verir ki, ispaniyalı futbolçu əyləncə əvəzinə vaxtını heyvanlarla birlikdə keçirməyi üstün tutub. Bunun üçün o, "Fame Park" zooloji parkını ziyarət edib.

"Sport"un məlumatına görə, ora daxil olmaq çox çətindir. Çünki giriş yalnız dəvət yolu ilə və məşhur şəxslərə mümkündür. Sosial mediada bu məkan “özəl ferma” və ya təxminən 500 heyvana ev sahibliyi edən “sığınacaq” kimi təqdim olunur.

Lakin bir qism insan Heysenin seçimini bəyənməyib. Onun paylaşımları altında heyvan hüquqları fəalları görünüb. Nadir yabanı heyvanların ticarətindəki mafiyanı və heyvanlara qarşı zorakılığı təşviq etməsini tənqid ediblər.

Həmçinin zooloji park konsepti üçün də tənqid olunub, ittihamlar onun belə yerləri zənginlər üçün əyləncə kimi təbliğ etməsi ilə bağlı olub.

“İdmançıların hərəkətlərinin və göndərdikləri mesajların fərqində olması vacibdir, xüsusən də heyvanlarla bağlı mövzuda. Bu vəziyyət daha çox məlumatlılıq və həssaslıq göstərməyin vacibliyini ortaya qoyur,” - deyə sosial mediada sərt şəkildə bildirilib.

Heybət

Dean Huijsen celebrates Christmas up close with exotic animals — Tribuna.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm