Sosial
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
Elm və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə "Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib.
Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir.
M.Mərdanov isə həmin instutun elmi işçisidir.
"Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat İnstitutuna texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. Misir Mərdanov isə hazırda institutda elmi fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, texnika elmləri doktoru Elxan Səbziyev 1959-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsini bitirib. Elm və Təhsil Nazirliyi yanında İdarəetmə Sistemləri İnstitutunun dosentidir. O, sözügedən institutda icraçı direktor vəzifəsini müvəqqəti icra edib.
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi




































