Avropa
Masonlar şəhər polisini ələ keçirdi - Gizli təşkilatın hədəfi nədir?
Böyük Britaniyada polislə masonlar arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, London polisi zabitlərdən mason təşkilatının üzvü olub-olmadıqları haqda rəhbərliyə məlumat verməyi tələb edir.
Buna qarşı çıxan masonlar isə Ali Məhkəmədən London polisinin yeni siyasətini dəyişdirməyi tələb edib. Onlar hesab edirlər ki, bu, masonlara qarşı “dini ayrı-seçkilik”dir.
London polisinin komissarı Ser Mark Rouli masonların təsiri ilə bağlı qanunvericilik hazırlayır. Bunun masonluq əlaqələrinə görə polis zabitlərinin qanun pozuntularına yol verməsindən qaynaqlandığı deyilir.
“Üzvlərindən bir-birini dəstəkləməyi və qorumağı tələb edən iyerarxik təşkilatın üzvü olan, yaxud üzvü olmuş hər kəs bu barədə məlumat verməlidir”, - polis tələb edir.
Londonda Böyük Lojanın icraçı direktoru Adrian Marş bildirib ki, qadağa ilə bağlı dinləmələri gələn ay keçirməyi planlaşdırırlar. Buna qədər masonlar qadağalardan yayınmalıdır.
“Bu, üzvlərimizin hüquqlarını pozur və dini ayrı-seçkilikdir. Çünki masonluq inancla bağlıdır”, - o deyib.
London polisində masonlarla bağlı məsələ uzun müddətdir müzakirə edilən problemdir. Məlumatlara görə, mason icmasına üzvlük yolu ilə yaranan şəxsi münasibətlər polisin fəaliyyətində korrupsiyaya yol açıb. Polis orqanlarında masonlarla bağlı qaydaların sərtləşdirilməsini zəruri edən hadisə isə 1987-ci ildə özəl dedektiv Daniel Morqanın qətli olub. Bu qətllə bağlı aparılan istintaqda mason olan polislərin iştirak etdiyi, hadisədə əsas şübhəli ilə əlaqələrinin olduğu deyilir. Hərçənd, bununla bağlı hələ də heç bir dəlil tapılmayıb.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































