İdman
Məşhur futbolçu karyerasını bitirdi
Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniç 35 yaşında peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira futbolçuya istinadən istinadən məlumat yayıb:
“Mən artıq oynamayacağam. Karyeramı bitirdim. Hazırda Dubayda yaşayıram və artıq futbolçu deyiləm, balaca oğlum üçün bir atayam. O, mənim əsas prioritetimdir”.
Pyaniçin son klubu Moskva ÇSKA-sı olub. O, 2024/25 mövsümünü Rusiya klubunda keçirib.
Bosniyalı yarımmüdafiəçi karyerası ərzində “Roma”, “Yuventus”, “Lion”, “Şarja”, “Mets”, “Barselona” və “Beşiktaş”ın da formasını geyinib. Onun hesabında 666 oyun, 77 qol və 132 məhsuldar ötürmə var.
Klub səviyyəsində Pyaniç dörd dəfə İtaliya A Seriyasının çempionu olub, iki dəfə İtaliya Kubokunu, bir dəfə isə Superkuboku qazanıb. “Şarja” ilə BƏƏ Kubokunu və ölkə çempionluğunu əldə edib. “Beşiktaş”la Türkiyə Superkubokunu, “Barselona” ilə isə İspaniya Kubokunu qazanıb.
Bosniya və Herseqovina millisinin heyətində Miralem Pjaniç 115 oyun keçirib, 17 qol vurub və 29 məhsuldar ötürmə edib. Millidə keçirdiyi oyunların sayına görə o, 146 matçla birinci olan Edin Dzekodan sonra ikinci yerdə qərarlaşıb.
Heybət
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































