İdman
Məşhur məşqçinin ürəyində problem yarandı
Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun səhhətində problemlər yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb, “OLAZO.ro” isə detalları əlavə edib.
Titullu məşqçinin ürək problemlərindən əziyyət çəkdiyi bildirilir. Vəziyyəti ilə əlaqədar olaraq, o, Antalyaya səfərini təxirə salıb. Orada 5 yanvarda başlaması planlaşdırılan Rumıniya klublarının təlim-məşq toplanışına nəzarət etməli idi.
Lakin “Fanatik” daha sonra əlavə edib ki, Luçeskunun vəziyyəti yaxşılaşıb və çox güman ki, 9 yanvar cümə günü FCSB (Styaua) ilə “Beşiktaş” arasında keçiriləcək oyun üçün Antalyaya gələxək.
“Əməliyyatım var, oyunlar və tətillər olduğu üçün bunu təxirə salırdım. Nə baş verdiyini görmək üçün bura gəlməyi düşünürdüm. İndi evə gedirəm ki, bunu necə təşkil edə biləcəyimi müəyyənləşdirim və mümkün qədər tez sağalım”, – Luçesku deyib.
Luçesku klub futbolundakı uzun və uğurlu karyerasından sonra 2025-ci ildə Rumıniya milli komandasına rəhbərlik etməyə başlayıb.
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































