İdman
Görün ingilis futbolçu Türkiyədə nəyin aludəçisi olub: Bu, uşaqlarımla münasibətlərimi məhv etdi
"Liverpul"un sabiq yarımmüdafiəçisi Conco Şelvi Türkiyə karyerası ilə bağlı səs-küylü açıqlama verib.
Publika.az xəbər verir ki, "Rizespor" və "Eyüpspor"klublarında çıxış edən ingilis futbolçu bu dövrün onun üçün son dərəcə ağır olduğunu etiraf edib:
“Türkiyədə 18 ay tək yaşadım. Bu, həyatımın ən çətin dövrü idi. Yuxu dərmanlarına aludə oldum. Məşqdən evə qayıdırdım və vaxt sanki keçmirdi.
Şəhər əsasən müsəlman idi, cəmi üç restoran var idi. Əsasən edə biləcəyim üç şey olurdu - "Starbucks"a, "McDonald’s"a və ya "Domino’s"a getmək. Evə qayıdırdım, dörd divara baxırdım və vaxt öldürmək üçün sadəcə üç-dörd dənə yuxu dərmanı içib huşumu itirirdim. Səhəri gün dərhal yenidən məşqə gedirdim. Sadəcə vaxt keçsin deyə.
Sonra bu, asılılığa çevrildi. İstanbula köçdüm, orada həyat xeyli canlı idi. Gəzə bilirdim, amma yenə də tək idim. Mən tək gəzməyi sevən biri deyiləm, təkliyə nifrət edirəm.
Öz-özümə dedim ki, “bu belə davam etsə, ya içkiyə, ya da yenə dərmanlara keçəcəyəm”. Alkoqol futbolçu üçün yaxşı yol deyil, ona görə də içmək əvəzinə dərmanlarda qaldım. Heç olmasa kökəlmərəm deyə düşündüm.
Təxminən saat 13:00-da məşqə gedirdim. Saat 15:00-da yemək yeyirdim və bu, gün ərzində son yeməyim olurdu. Sonra üç-dörd dənə dərman qəbul edirdim. Gecəyarısı oyanırdım, yenə üç-dörd dənə dərman içirdim və səhər məşqinə gedirdim.
Düzünü desəm, bu vəziyyət uşaqlarımla münasibətlərimi məhv etdi. Mən zehni olaraq orada deyildim. Bunu ilk dəfədir danışıram.
Şanslı idim, həyat yoldaşım həqiqətən çox yaxşı qadındır. Əslində, məni bu vəziyyətdən o çıxardı. Həqiqətən çox çətin idi. Özümü çox tənha hiss edirdim. Məhz sadəcə vaxt keçsin deyə dərman qəbul edirdim”.
Heybət
-
Magazin216:55Narkotik əməliyyatında Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da saxlanıldı
-
Tarix15:43Azərbaycanda qədim karvansaray aşkarlandı - FOTO
-
Hadisə14:31Sumqayıtda qızılları götürüb qaçan şəxs tutuldu - VİDEO
-
Sağlamlıq13:11Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...
-
Sağlamlıq12:33Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
-
ABŞ12:13Müəllim şagirdləri aldadaraq onların açıq-saçıq fotolarını yaydı - FOTO
-
Hadisə12:02Bakıda xalq artistinin oğlu döyüldü
-
MDB11:52Moskvalılar ən soyuq gecəni yaşadılar












.jpg)

















.jpg)






