İdman
Laporta: “Biz effektiv oynamalı idik..."
Barselona”nın prezidenti Joan Laporta komandanın Çempionlar Liqasındakı ümumi oyunundan məmnun olduğunu bildirib.
Publika.az xəbər verir ki, katalonlar son turda “Kopenhagen”i məğlub edərək (4:1) 5-ci yeri tutdular və birbaşa 1/8 finala yüksəldilər.
“Biz effektiv oynamalı idik və bunu etdik, pley-offa beşinci yerdən vəsiqə qazandıq. Məqsədimiz də məhz bu idi və ilk səkkizlikdə qərarlaşdıq. Flik bundan xüsusilə məmnundur, çünki indi o, mövsümün ikinci yarısını daha rahatlıqla planlaşdıra bilər.
Bu Çempionlar Liqasındakı ən yaxşı səkkiz klubdan yalnız “Barselona” üzvlərə məxsusdur, digərlərinin sahibi var ki, bu da olduqca hörmətəlayiqdir, amma mən bunu deyirəm, çünki bəziləri bizim modelimizin işləyə bilməyəcəyini iddia edirlər. Bəli, işləyə bilər”, – Laporta “La Vanguardia”ya verdiyi müsahibədə deyib.
-
Hadisə17:44Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
MDB17:09Kadırovun oğlu Ukraynadakı əməliyyatlara verdiyi töhfəyə görə təltif edildi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
MDB13:45Zaxarova: "Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey..."



































