İdman
DÇ-2026-nın oyunları "TikTok"da? - FİFA-nın yeni planı
FİFA 2026-cı il futbol üzrə dünya çempionatı zamanı "TikTok" platforması ilə əməkdaşlığa başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
“Bu, bütün dünyadan daha çox azarkeşi FİFA dünya çempionatı ilə görünməmiş şəkildə birləşdirəcək innovativ və yaradıcı əməkdaşlıqdır. Pərdəarxasını açaraq insanları hadisələrə indiyə qədər olmadığı qədər yaxınlaşdıracaq”, – deyə qurumun baş katibi Mattias Qrafström bildirib.
Bu tərəfdaşlıq çərçivəsində qarşıdakı dünya çempionatının oyunlarından seçilmiş video fraqmentlər "TikTok" tətbiqində canlı yayımlanacaq. Təşəbbüsün məqsədi azarkeşləri meydanda baş verənlərə daha da yaxınlaşdırmaq və futbola daha anlaşılan baxış bucaqları təqdim etməkdir.
Canlı oyun anlarından əlavə, FİFA seçilmiş kontent yaradıcılarına mətbuat konfranslarına və komandaların məşqlərinə eksklüziv giriş imkanı verəcək. Tətbiqin qlobal kontent rəhbərinin sözlərinə görə, istifadəçilər tətbiqdə idman məzmununa baxdıqdan sonra tam oyun yayımlarını 42 faiz daha çox izləməyə başlayırlar.
Bundan başqa, azarkeşlər üçün biletlərlə bağlı məlumatlar və marağı artırmaq məqsədi daşıyan filtr və stikerlər kimi oyun funksiyaları da əlçatan olacaq.
"TikTok" daha əvvəl bu istiqamətdə"Bernli" klubu, qadınlar arasında Avropa çempionatı və klublararası dünya çempionatı ilə də əməkdaşlıq edib.
Heybət
-
Magazin230 Yanvar 23:05“Evdə tək” filminin aktrisası vəfat etdi
-
Sosial30 Yanvar 22:20Azərbaycanda bu şəxslərə əsgərliyə gedəndə 3500 manat veriləcək
-
Nida Xəbər 30 Yanvar 21:52ABŞ azərbaycanlı milyarderə sanksiya tətbiq etdi
-
İdman30 Yanvar 21:00"Qarabağ" - "Nyukasl" matçının saatı açıqlandı
-
Nida Xəbər 30 Yanvar 20:24Ceyhun Salmanov barəsində qərar verildi - YENİLƏNDİ
-
Ekologiya30 Yanvar 20:12Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Hava kəskin dəyişəcək
-
Nida Xəbər 30 Yanvar 19:50Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Hadisə30 Yanvar 18:55Azərbaycanda vulkan püskürdü







.webp)


















.jpg)





