İdman
İngiltərə nəhəngi ulduz futbolçunun transferindən imtina etdi: Səbəb nədir?
“Tottenhem” Rahim Sterlinqin transferi uğrunda mübarizədən çəkilib.
Publika.az xəbər verir ki, İngiltərə millisinin sabiq ulduzu “Çelsi” ilə müqaviləni qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv etdikdən sonra azad agent statusu almıb. Sterlinq pulsuz əldə oluna bilsə də, “mahmızlar”ın rəhbərliyi danışıqları davam etdirməmək qərarına gəlib.
Jurnalist Alasder Qoldun məlumatına görə, əsas maneə 31 yaşlı futbolçunun maliyyə tələbləri olub. Sterlinq “Çelsi”də çıxış edərkən həftəlik təxminən 325 min funt sterlinq qazanırdı.
Oyunçunun maaşını azaltmağa hazır olmasına baxmayaraq, tələb etdiyi məbləğ yenə də “Tottenhem”in maaş strukturu üçün, xüsusilə 30 yaşdan yuxarı futbolçu baxımından, xeyli yüksək olub.
Sterlinq üçün vəziyyət daha da çətinləşir. O, ailəsinə görə Londonda qalmaq istəyirdi və bu baxımdan “Tottenhem” ideal variant kimi görünürdü.
Lakin artıq həm “mahmızlar”, həm də maliyyə tələblərindən çəkinən “Napoli” onun xidmətlərindən imtina etdiyinə görə, vingerin gələcəyi qeyri-müəyyən olaraq qalır. Hazırda karyerasını Səudiyyə Ərəbistanında və ya MLS-də davam etdirmək variantları nəzərdən keçirilir, çünki Avropada təcrübəli ingilis futbolçunun maliyyə ambisiyalarını qarşılayacaq klub sayı azdır.
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama










.jpg)





















