İdman
Ulduz futbolçu Kriştiano Ronaldonun komanda yoldaşı olacaq?
“Arsenal”ın vingeri Qabriel Martinelli yenidən Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərinin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
“Əl-Nəsr” braziliyalı ulduz futbolçu üçün ciddi namizəd sayılır. “Topçular” 24 yaşlı oyunçunun satış variantını nəzərdən keçirməyə hazırdır. Bildirilir ki, idman direktoru Andrea Berta növbəti mövsüm ərəfəsində komanda üçün yeni sol vinger tapmaq niyyətindədir.
Qabriel Martinellinin ötən yay da Səudiyyə Ərəbistanından təklifləri olub. Lakin o, Avropanı tərk etmək istəməyib. Futbolçunun dünya çempionatından sonra mövqeyini dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil.
"Transfermarkt" portalında Martinellinin transfer dəyəri 45 milyon avro olaraq göstərilir.
Heybət
-
Nida Xəbər 17:40Vardanyana hökm oxundu: 20 il - Yeniləndi
-
Qoroskop16:24Bu gün saat 20:46-da 5 bürcün həyatı dəyişəcək: Möcüzələr olacaq
-
İdman16:00"Qəbələ" "Sabah"la oyunda yaşananlara görə etiraz etdi - Video
-
Nida Xəbər 15:42Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
-
Səhiyyə13:43Samir Namazov işdən çıxarıldı - Foto
-
Nida Xəbər 13:00Bakıda yanğın olan bina dövlət tərəfindən qorunur? - Rəsmi
-
Sosial12:37Pensiya və müavinətlərlə bağlı qərar verildi
-
Magazin212:16Emin Ağalarovun həyat yoldaşı yay formasını belə bərpa edir - FOTO


























.jpg)








