İdman
Şumaxerlə bağlı şad xəbər: Daha yataq xəstəsi deyil
Yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, xizək sürmə zamanı aldığı ciddi zədədən sonra əfsanəvi idmançı 12 ildən çoxdur ki, ictimaiyyətin diqqətindən kənarda qalıb. “Daily Mail”in verdiyi məlumata görə, Şumaxer artıq yataq xəstəsi deyil və tibb işçilərinin köməyi ilə evində əlil arabasında hərəkət edə bilir.
Onun 24 saat tibbi nəzarət altında olduğu və şəxsi evində yaşadığı bildirilir. Bununla belə, onun vəziyyəti ilə bağlı məlumatların ailəsinin qərarı ilə ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır.
Qeyd olunur ki, Mayklı ziyarət edə bilən azsaylı insanlardan biri də “Ferrari”nin keçmiş rəhbəri Jan Todtdur. O, əvvəllər Mayklı mütəmadi olaraq ziyarət etdiyini və onunla birlikdə Formula 1 yarışlarını izlədiyini bildirmişdi.
-
Rəsmi xronika16:24Prezident fərman imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu







.jpg)





























