Sosial
Bu tarixdə güclü günəş partlayışları gözlənilir
26-27 yanvar tarixlərində ikinci ən yüksək intensivlik səviyyəsinə aid olan M sinifli günəş partlayışlarının baş verməsi mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun mütəxəssisləri TASS agentliyinə açıqlama veriblər.
İnstitutun məlumatına görə, qeyd olunan günlərdə ümumi günəş aktivliyi əsasən aşağı səviyyədə qalacaq. Lakin ayrı-ayrı hallarda güclü partlayışların baş verməsi istisna edilmir.
Alimlər bildiriblər ki, Günəş alovları rentgen şüalanmasının gücünə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Ən zəif səviyyə hesab edilən A0.0 Yer orbitində hər kvadrat metrə təxminən 10 nanovat radiasiya axınına uyğun gəlir. Növbəti kateqoriyaya keçdikcə bu göstərici on dəfə artır.
Qeyd olunub ki, bu cür alovlanmalar adətən günəş plazmasının emissiyası ilə müşayiət olunur. Əgər yüklü hissəciklərdən ibarət buludlar Yerə çatarsa, bu, maqnit qasırğalarına səbəb ola və peyklərin fəaliyyətinə, rabitə sistemlərinə, eləcə də elektrik şəbəkələrinə mənfi təsir göstərə bilər.
Adəm
-
Rəsmi xronika16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
-
Rəsmi xronika16:24Prezident 4 fərman, 1 sərəncam imzaladı
-
Sosial16:22Bu tarixdə güclü günəş partlayışları gözlənilir
-
Nida Xəbər 15:25Generalın oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA
-
Səhiyyə14:48Dünyada dəhşətli virus yayılır - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər











.jpg)




























