İdman
“Fənərbağça”nın hücumçusu “Yuventus”a niyə “yox” deyib?
“Yuventus”un futbol əməliyyatları üzrə direktoru Corco Kellini Mərakeş millisinin və “Fənərbağça”nın hücumçusu Yusif Ən-Nəsirinin uğursuz transferinə münasibət bildirib.
Publika.az xəbər verir ki, hücumçu Turin klubuna icarəyə verilməkdən imtina edib.
“Sky Sport Italia”nın verdiyi məlumata görə, Kellini deyib: “Oyunçu ilə danışdıq və o, transfer şərtləri ilə bağlı bəzi şübhələrini bildirdi, ona görə də hələlik danışıqlar bizim üçün bitib. Onu birdəfəlik ala bilmərik və almaq istəmirik. Görək yaxın günlərdə nə olacaq, hər hansı bir dəyişiklik və ya başqa seçimlər olacaq, amma bizim üçün hər şey bitdi”.
Mərakeşli futbolçu bu mövsüm “Fənərbağça”da bütün turnirlərdə 25 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.
Ən-Nəsirinin Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu
-
Rəsmi xronika10:40İlham Əliyev Gideon Saarı qəbul etdi
-
Nida Xəbər 10:21Cəlil Əhmədov vəzifəsindən azad edildi
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı







































