Klinikada biabırçılıq - Qadın başqasının uşağını dünyaya gətirdi
Bizi izləyin

Dünya

Klinikada biabırçılıq - Qadın başqasının uşağını dünyaya gətirdi

ABŞ-ın Florida ştatındakı klinikalardan birində qəribə hadisə yaşanıb.

Publika.az "People" qəzetinə istinadən xəbər verir ki, bir cütlük süni mayalanma zamanı səhv embrion köçürülməsi səbəbindən sözügedən klinikanı məhkəməyə verib.

İddiada bildirilir ki, 2025-ci ilin mart ayında anaya embrion implantasiya edilib və dekabr ayında qız uşaqları dünyaya gəlib. Lakin hər iki valideynin ağdərili olmasına baxmayaraq uşağın başqa irqdən olduğu müəyyən edilib. DNT analizi ilə aşkar edilib ki, valideynlərlə uşaq arasında heç bir bioloji əlaqə yoxdur.

Cütlük klinikanın embrion köçürülməsi zamanı ciddi səhv etdiyini iddia edir. Onlar həmçinin məhkəmə iddiasında öz embrionlarının səhvən digər xəstələrə köçürülə biləcəyindən də narahatlıqlarını ifadə ediblər.

Cütlük həmçinin tələb edir ki, klinika son beş ildə orada embrion saxlayan bütün müştəriləri xəbərdar etməlidir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm