“Qızıl top” sahibi ərəblərin hədəfində
Bizi izləyin

İdman

“Qızıl top” sahibi ərəblərin hədəfində

PSJ-nin hücumçusu Usman Dembele 2026-cı ilin yayında Səudiyyə Ərəbistanının Pro Liqasına keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.

Xəbərə görə, liqanın yüksək vəzifəli nümayəndələri artıq “Qızıl top” sahibi olan futbolçunun mümkün transferi ilə bağlı ilkin məsləhətləşmələr aparırlar.

Daha əvvəl mediada Dembele tərəfinin PSJ-nin müqavilənin uzadılması ilə bağlı ilk təklifini rədd etdiyi bildirilmişdi. Buna səbəb futbolçunu təklif olunan maaşın qane etməməsi olub. Paris klubu ona illik 30 milyon avrodan bir qədər çox əməkhaqqı təklif etsə də, fransız futbolçu bunun ikiqatını tələb edib.

Dembelenin PSJ ilə mövcud müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə 28 yaşlı hücumçu 18 oyunda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm