İdman
Məşhur məşqçiyə xəbərdarlıq
“Hapoel Tel-Əviv” (İsrail) Avroliqanın müntəzəm mövsüm matçında “Bayern”ə 64-79 hesabı ilə uduzduqdan sonra klub rəhbərliyi təcili iclas keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Sport5.co.il” saytı məlumat yayıb.
Bu, İsrail klubunun Avroliqada ardıcıl ikinci məğlubiyyəti idi. Komandanın sahibi Ofer Yannai baş məşqçi Dimitris İtoudis də daxil olmaqla məşqçilər heyətinə və rəhbərliyə zəruri dəyişikliklər barədə xəbərdarlıq edərək əlavə edib ki, əgər daha çox geriləmə baş verərsə, bütün işçilərin statusu yenidən nəzərdən keçirilə bilər.
İtoudis həmçinin paltardəyişmə otağında oyunçularla uzun söhbət edərək komandanın böhranı birlikdə dəf edə biləcəyinə əminliyini ifadə edib.
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































