İdman
“Tottenhem”də məşhurlaşmışdı, karyerasını başa vurdu
“Tottenhem” və Keniya millisinin sabiq yarımmüdafiəçisi Viktor Vanyama peşəkar futbol karyerasını başa vurub.
Publika.az xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.
Vanyama daha çox 2016-cı ilin iyun ayında transfer edildiyi “Tottenhem”dəki çıxışları ilə tanınır.
Klubun Premyer Liqa dövründə ən yüksək nailiyyətinə – 2016/17 mövsümündə ikinci yeri tutmasına onun Musa Dembele ilə yarımmüdafiədəki tərəfdaşlığı böyük töhfə verib.
Keniyalı futbolçunun son komandası Şotlandiya “Dunfermline”si olub.
O, həmçinin “Seltik”də oynayıb və orada Şotlandiya çempionluğunu və bir dəfə Şotlandiya Kubokunu qazanıb. Viktor “Monreal”la Kanada Kubokunu da qazanıb.
Vanyama Keniya milli komandasında bütün yarışlarda 65 oyun keçirib və səkkiz qol vurub. Onun milli komandadakı son oyunu 2020-ci ilin noyabr ayında Afrika Millətlər Kubokunun seçmə mərhələsində Komor adalarına (1-2) qarşı olub.
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik


































