İdman
Ulduzların matçı üçün heyətlər açıqlandı: Əfsanə 22-ci dəfə bunu bacardı
“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms NBA 2026 Ulduzlar Matçı üçün Qərb Konfransının ehtiyat heyətinə daxil edilib.
Publika.az xəbər verir ki, tədbir fevralın 15-də Los-Ancelesdə yerləşən “Intuit Dome” arenasında keçiriləcək.
41 yaşlı amerikalı basketbolçu karyerasında 22-ci dəfə Ulduzlar Matçının iştirakçıları sırasında yer alıb ki, bu da mütləq rekorddur. Ötən il Ceyms 20 ildən sonra ilk dəfə topuq zədəsi səbəbindən bu tədbiri buraxmışdı.
Lebron Ceyms Qərb Konfransının ehtiyat heyətində Deni Avdiya (Portlend), Devin Buker (Finiks), Kevin Dürant (Hyuston), Entoni Edvards (Minnesota), Çet Holmqren (Oklahoma) və Camal Mürrey (Denver)lə birlikdə yer alıb.
Qərb Konfransının start beşliyi isə Stiven Karri (Qolden Steyt), Luka Donçiç (Leykers), Şey Gildjes-Aleksander (Oklahoma), Nikola Yokiç (Denver) və Viktor Vembanyamadan (San-Antonio) ibarətdir.
Şərq Konfransının ehtiyat heyətinə Skotti Barns (Toronto), Ceylen Düren (Detroyt), Ceylen Conson (Atlanta), Donovan Mitçell (Klivlend), Norman Pauell (Mayami), Paskal Siakam (İndiana) və Karl-Entoni Tauns (Niks) daxil edilib.
Şərq Konfransının start beşliyi isə Yanis Adetokunbo (Milwaukee), Ceylen Braun (Boston), Ceylen Branson (Niks), Keyd Kanninqem (Detroyt) və Tayriz Maksidən (Filadelfiya) ibarətdir.
Ulduzlar Matçı çərçivəsində üç komanda mübarizə aparacaq. İkisi amerikalı basketbolçulardan, biri isə digər ölkələrin oyunçularından formalaşacaq. Hər komandanın heyətində minimum səkkiz basketbolçu olacaq. Komandalar dairəvi sistemlə qarşılaşacaq, hər oyun 12 dəqiqə davam edəcək. Turnirin finalında iki ən yaxşı komanda üz-üzə gələcək.
Lebron Ceyms NBA-nın dördqat çempionu, dördqat liqanın ən dəyərli oyunçusu, müntəzəm çempionatlar tarixində ən çox xal toplayan basketbolçu və ABŞ millisinin heyətində üçqat olimpiya çempionudur.
-
İdman21:00Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı - Nə baş verir?
-
Kriminal20:12Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı
-
Nida Xəbər 19:50İcra başçısından sonra o da işdən çıxarıldı
-
Kriminal19:30"Velizar" həbs olundu
-
Ekologiya19:10Qar yağacaq, temperatur 10 dərəcə aşağı enəcək - Bu tarixdə
-
Magazin118:20Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi - FOTO
-
Dünya17:03Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir? - SİYAHI
-
Dünya16:42Pezeşkian öz heyətinə əmr verdi: ABŞ-la danışıqlara başlayın










.jpg)

















.jpg)





