İdman
Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı - Nə baş verir?
"Qızıl top"un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında "Ər-Riyad" klubuna qarşı keçiriləcək oyunda "Əl-Nəsr"in heyətinə daxil edilməyib.
Publika.az xəbər verir ki, bundan əvvəl Portuqaliyanın "A Bola" nəşri Ronaldunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.
Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə "Əl-Nəsr"in daha zəif idarə olunduğunu düşünür. Ronaldu hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 18 turdan sonra "Əl-Nəsr" 43 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Əl-Hilal"dan 3 xal geri qalır. "Ər-Riyad" – "Əl-Nəsr" matçı bazar ertəsi keçiriləcək. (Report)
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...





































