Dünya
Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir? - SİYAHI
"Global Firepower" hərbi güc indeksi əsasında 2026-cı ilin ən güclü ordusuna sahib ölkələrin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, siyahıda ölkələrin müdafiə büdcəsi, şəxsi heyətin sayı, quru-hava-dəniz qüvvələri, texnoloji potensial və güc proqnozu kimi meyarlar nəzərə alınıb.
Siyahıya əsasən, ABŞ 0.0744 "PowerIndex" balı ilə birinci yeri tutub. Rusiya və Çin güclü quru qüvvələri, şəxsi heyətin potensialı və artan hərbi texnologiyaları ilə 0.0788 balla siyahıda ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Hindistan dünyanın ən böyük hərbi heyətinə sahib olmaqla dördüncü yerdədir. Beşinci yerdə qərarlaşan Cənubi Koreya qabaqcıl müdafiə sistemləri və texnologiya investisiyaları ilə seçilir.
Böyük Britaniya nüvə imkanları və qabaqcıl hərbi texnologiyaları ilə altıncı, Fransa isə strateji hava və dəniz imkanları ilə yeddinci yerdə qərarlaşıb. Yüksək texnologiyaya əsaslanan müdafiə imkanları sayəsində Yaponiya səkkizinci yeri tutub.
Türkiyə isə 0.1902 "PowerIndex" balı ilə siyahıda doqquzuncu yerdədir. Türkiyənin böyük quru qüvvələri, artan müdafiə sənayesi potensialı və yerli istehsal layihələri onun reytinqini müəyyən edən əsas amillərdəndir.
Siyahıda onuncu yerdə isə İtaliya qərarlaşıb.
Azərbaycan 60, İran 16, Gürcüstan 95, Ermənistan isə 101-ci sırada yer alıb.
Roza
-
Kriminal19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq
-
Sosial16:40Qarabağda bu yol ödənişli oldu - Rəsmi
-
Rəsmi xronika14:57İlham Əliyev sərəncam imzaladı
-
Region13:30Putin Paşinyana zəng etdi
-
ABŞ12:49Tramp 2000 diplomatı qovdu - ABŞ-ın 98 ölkədə səfiri yoxdur






.jpg)









.jpg)




















