"Arsenal" "Qarabağ"ın rəqibinin ulduzunu hədəfə aldı
Bizi izləyin

İdman

"Arsenal" "Qarabağ"ın rəqibinin ulduzunu hədəfə aldı

"Nyukasl"ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali karyerasını "Arsenal"da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London klubu 25 yaşlı futbolçunu transfer pəncərəsinin son günündə heyətə qatmaq niyyətindədir. Lakin bu keçidin reallaşması asan görünmür. Çünki "Nyukasl" danışıqlara başlamaqdan imtina edib.

Cari mövsümdə Sandro Tonali klub səviyyəsində bütün turnirlərdə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq. Fevralın 24-də İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm