İdman
“O, tarixin ən böyük fırıldaqçısıdır”
Amerikalı ağırçəkili boksçu Deontey Uaylder (44-4-1, 43 KO) ringdəki keçmiş rəqibi Tayson Fyurini (34-2-1, 24 KO) fırıldaqçılıqda ittiham edib.
Publika.az xəbər verir ki, keçmiş dünya çempionu bu barədə “Ring Magazine”-in “YouTube” kanalında yayımlanan verilişdə danışıb.
“Bronz bombardmançı”nın fikrincə, trilogiyanın ilk iki döyüşündə ondan qələbə oğurlanıb. Üstəlik, Uaylder Fyurinin fırıldaqçılığına dair sübutların yer aldığı ifşaedici film hazırladığını da bildirib.
“O, heç nə qazanmayıb. Qələbələri ona sadəcə veriblər. Üçüncü döyüş barədə danışa bilmərəm, amma ilk iki döyüşdə o, dəqiq şəkildə fırıldaq edib. Əlimdə sübutlar var. Sənədli filmimi yayımlayanda bütün məlumatlar orada olacaq. İnsanları gətirəcəyəm, faktları göstərəcəyəm, bildiyim hər şeyi ortaya qoyacağam. Sizcə, niyə o indi Amerikaya qayıda bilmir? Bu adam fırıldaq edib. O, boks tarixinin ən böyük fırıldaqçısıdır”, – deyə Uaylder bildirib.
Xatırladaq ki, Uaylder və Fyuri üç dəfə üz-üzə gəlib. 2018-ci ildə keçirilən və amerikalı boksçunun favorit olduğu ilk döyüş heç-heçə ilə başa çatıb. 12-ci raundda Deontey Taysonu ağır nokdauna göndərmişdi. “Çingene kralı” son saniyədə möcüzəvi şəkildə ayağa qalxaraq döyüşü sona qədər davam etdirə bilmişdi.
İkinci qarşılaşmada vaxtından əvvəl qələbəni Fyuri qazanıb. Yeddinci raundda britaniyalı boksçunun aşkar üstünlüyü səbəbindən referi döyüşü dayandırıb.
Trilogiyanın son döyüşü isə 2021-ci ildə baş tutub və son dərəcə baxımlı alınıb. Tamaşaçılar dörd nokdaun və 11-ci raundda Fyurinin nokautu ilə nəticələnən qarşılaşmaya şahidlik ediblər.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
































