ABŞ
PUA insidentinə görə İranla danışıqlar ləğv edilib? - Ağ Evdən açıqlama
İranın pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı baş vermiş insidentə baxmayaraq, ABŞ və İran İslam Respublikası arasında bu həftəyə planlaşdırılan danışıqlar hələ də qüvvədədir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keolayn Livitt "Fox News" telekanalına müsahibəsində məlumat verib.
"Xüsusi nümayəndə Uitkoff bu həftə İran tərəfi ilə danışıqların keçirilməsi üçün hazırlıqları davam etdirir. Hazırda bu planlara heç bir təhlükə yoxdur", - deyə Livitt PUA hadisəsi ilə bağlı sualı cavablandırarkən bildirib.
O, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müxtəlif fəaliyyət variantlarını, o cümlədən hərbi güc tətbiqi ehtimalını nəzərdən keçirir.
Xatırladaq ki, fevralın 3-də ABŞ-ın "F-35" qırıcısı "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İranın "Shahed-139" tipli PUA-sını məhv edib. Amerika rəsmilərinin bəyanatına görə, PUA gəmiyə doğru "əsassız və təhlükəli manevr" edib.
"Axios" nəşrinin daha əvvəl yaydığı məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçı fevralın 6-da İstanbulda mümkün nüvə sazişini müzakirə edəcəklər.
Hüseyn İbadlı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?


























.jpg)












