İdman
"Real"da yenə ara qarışdı: Növbəti qurban Arbeloadır?
"Real"ın bir sıra futbolçuları yeni baş məşqçi Alvaro Arbeloanın verdiyi qərarlardan narazıdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Son günlər Arbeloanın bəzi seçimləri komanda daxilində təəccüb doğurub. İlk hal "Benfika" ilə Lissabondakı oyunda yaşanıb. Komanda daxilində Dani Sebalyosun bir dəqiqə belə meydançaya buraxılmaması suallar yaradıb, halbuki üstünlük Xorxe Sesteroya verilib. Futbolçular bu narazılığı məşqçiyə çatdırıblar.
İkinci epizod artıq "Santyaqo Bernabeu"da baş verib və Arbeloanın mətbuat konfransına gecikməsinə səbəb olub. "Rayo Valyekano" ilə matçdan sonra paltardəyişmə otağında uzun və gərgin söhbət yaşanıb, bəzi futbolçularla baş məşqçi arasında texniki və taktiki fikir ayrılıqları ortaya çıxıb.
Bütün bunların fonunda "Real"ın paltardəyişmə otağındakı ab-hava Arbeloanın bəzi qərarları ilə razılaşmamaq və taktiki planda heç bir yeniliyin olmaması arasında dəyişir. Bəzi oyunçular məşqçi dəyişikliyindən sonra daha çox şey gözləyirdilər. Onlar özlərini hələ də "Kastilya"nın baş məşqçisinin rəhbərliyi altında oynayırmış kimi hiss edirlər.
Qeyd edək ki, Arbeloadan əvvəl komandanı Xabi Alonso çalışdırırdı. İspaniyalı mütəxəssis məhz "Real"ın futbolçuları ilə yaşadığı fikir ayrılıqlarından sonra vəzifəsindən getməli olub.
Heybət
-
Nida Xəbər 13:02Arayik ömürlük azadlıqdan məhrum edildi
-
Dünya12:36Putinin xüsusi nümayəndəsindən Ukrayna müharibəsi ilə bağlı şad xəbər: İrəliləyiş var
-
Region12:12Bütün region partlayacaq: Rusiyadan İran açıqlaması
-
Nida Xəbər 11:30Zəngəzur dəhlizi açılır: Amerika nümayəndələri artıq İrəvandadır
-
Nida Xəbər 10:54Baş nazir sərəncam imzaladı
-
Rəsmi xronika10:22İlham Əliyev mərasimdən paylaşım etdi - VİDEO
-
Region10:18Ermənistanda demoqrafik gərginlik: Ölkə "qocalmış cəmiyyət" elan olundu
-
ABŞ10:06Trampın mətbuat konfransı zamanı çəkilən bu FOTO ABŞ-ı qarışdırdı






















.jpg)













