Nida Xəbər
Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi
Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.
Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Əldə etdiyimiz məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.
Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır.
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ






.jpg)





























.jpg)



