"Sabah" bu ölkədən hücumçu transfer etdi
Bizi izləyin

İdman

"Sabah" bu ölkədən hücumçu transfer etdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Publika.az-a verilən məlumata görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın "Maribor" klubundan icarəyə götürülüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Sabah" cari mövsümün sonu futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində ölkəsinin "Port-Jantil" (2016-2018), Fransanın "Kolomye" (2018), "Bezye B" (2019-2020), "Qrenobl B" (2020-2021), "Bove" (2021-2022), "Şamalyer" (2022-2023), "Nim" (2023-2024), Portuqaliyanın "Leyriya" (2025, icarə) və Sloveniyanın "Maribor" (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm