İdman
Qurban Qurbanovdan “Neftçi”nin qərarına reaksiya
“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”nın qonağı olub.
Publika.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Belə hava şəraitində futbolçuları tək qoymadılar. Oyuna gəlincə, maraqlı qarşılaşma oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Məğlub olmağımızın səbəblərindən biri kimi “Şamaxı”nın yaxşı çıxış etməsini deyə bilərəm.
Oyun dumanlı hava şəraitində keçdi. İkinci hissədə meydanın qarşı tərəfini demək olar ki, görmürdüm”.
Təcrübəli mütəxəssis “Neftçi”nin 21-ci tur çərçivəsində keçirilməli olan oyunu təxirə salmaqdan imtina etməsindən də danışıb:
"PFL-ə müraciət etdik ki, “Nefçi” ilə Premyer Liqadakı oyunu təxirə salaq. Burada “Neftçi” olmaya da bilərdi, başqa komanda ola bilərdi. Biz niyə müraciət etdik? Reqlamentdə də bu var, komanda pley-off-a çıxdıqda belə imkan olur. Razılaşmaya da bilərlər. Onların da öz proqramları var. Olmadı deyə, kimdənsə narazı deyilik. Sadəcə, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
































