Nida Təhlil
Epşteyn işi: oğurlanan uşaqlar, gizli ayinlər, dünyanı şoka salan faktlar - FOTO
Tom Kruz və Nikol Kidmanın baş rolda yer aldığı məşhur “Eyes wide shut” (Bağlanmış gözlər) filmində elit insanların gizli mərasimlərdə pedofilliklə məşğul olduğu və cinsi münasibətlər qurduğu səhnələşdirilir. 1999-cu ildə yayımlanan film təkcə mövzusu ilə deyil, yayımından cəmi 6 gün sonra rejissoru Stenli Kubrikin ölümü ilə də məşhurlaşdı. Kubrikin ölüm səbəbi infarkt olaraq göstərilsə də, filmdəki səhnələr hələ də cavabının tapılmadığı suallar yaratdı: filmin rejissoru elitanın gerçək üzünü ifşa etdiyi üçün öldürüldü?
Film, rejissorunun müəmmalı ölümü, ümumiyyətlə qlobal elitanın gizli ayinlər təşkil etməsi, pedofil əməlləri, uşaqları qətlə yetirməsi kimi fikirlər, iddialar, ehtimallar hər zaman konspirologiya adlandırılıb, bu haqda danışan insanlar qeyri-ciddi münasibətlə üzləşiblər, o vaxta qədər ki, Epşteyn sənədləri üzərindən sirr pərdəsi götürülməmişdi. Epşteyn işi hər şeyi – indiyə qədər sui-qəsd nəzəriyyəsi kimi göstərilən fikirlərin, qlobal elitanın insanlıq əleyhinə əməlləri haqda deyilənlərin real olduğunu təsdiq etdi. Məlum oldu ki:
- Özlərini dövlətlərdən və xalqlardan üstün tutan qlobal elita mövcuddur;
- Bu elita həm qeyri-insani əyləncə məclisləri təşkil edir, həm də qeyri-ənənəvi ayinlər keçirir;
- Məclislərin və ayinlərin əsas qurbanları azyaşlılardır;
- Qurbanlar əsasən inkişaf etməmiş ölkələrdən əldə olunur;
- Təbii fəlakətlər – zəlzələlər, daşqınlar kimi hadisələr azyaşlı qurbanların oğurlanması üçün “unikal şərtləri” formalaşdırır: valideynləri itirmiş azyaşlı uşaqlara qayğı adı altında qlobal elitanın yaratdığı fondlar əslində onların Epşteynin təşkil etdiyi əyləncə məclislərində istifadə məqsədilə öz “qanadları altına alır”; qurbanlar arasında müxtəlif ölkələrdən oğurlanan uşaqlar da var;
Epşteyn sənədləri bütün bu gizli fəaliyyətin detallarını gün üzünə çıxarır. ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan səbəblər üç milyon səhifədən, 180 min fotodan və 2 min videodan ibarətdir. Sənədlərin çoxsaylı olması feyk-informasiyaların da yayılmasına səbəb olur və insanların marağı adətən belə informasiyaların dəqiqləşdirilməsini çətinləşdirir. Misal üçün, Hitlerin Rotşildlər tərəfindən yetişdirildiyi haqda Epşteynlə Arian de Rothşildin yazışmaları tamam fərqli formada təqdim edilir. Əslində yazışmada Hitlerlə Rotşild arasında əlaqə ilə bağlı lətifədən bəhs olunur. Yaxud Nyu-York meri Zohran Mamdaninin uşaq vaxtı anası ilə birlikdə Epşteyn adasını ziyarət etdiyinə dair görüntülərin fotomantaj olduğu deyilir.

Bu cür feyklərin kütləvi şəkildə tirajlanması etiraf olunmalıdır, lakin bütün bunlar Epşteyn adasında yaşanan dəhşətləri kölgədə qoya bilmir. Çünki adada azyaşlı uşaqların cinsi istismarı, tibbi sınaqlarda və ayinlərdə qurban kimi istifadə edilməsi baş verib. Bu, qurbanların və şahidlərin ifadələri, eləcə də Epşteynin arxivləşdirdiyi yazışmalarında öz əksini tapır.
Hər şey “Epşteyn adası” kimi tanınan Little Saint James adasında baş verib. Adaya səyahət ya katerlərlə, ya da yaxınlıqda yerləşən Sent-Tomasdan uçuşla həyata keçirilirdi. Sent-Tomas limanında işləyən iki işçi bildirir ki, onlar dəfələrlə Epşteynin şəxsi təyyarəsinə yetkinlik yaşına çatmayan qızların mindiyinin şahidi olublar. Qızlar Epşteynin iki “Gulfstream” təyyarəsindən birində gəlirdilər.

2018-2019-cu ilin uçuş qeydləri göstərir ki, təyyarələr hər üç gündən bir havada olub. Uçuşlar cəmi bir neçə saat dayanmaqla dünyanın hər yerinə uçub: Avropadan Afrikaya qədər...
Epşteynin qurbanları ənənəvi olaraq iki formada ələ keçirilib.
Birincisi, kasıb ölkələrdən, xüsusilə Afrikadan satın alınmaqla. Bu işi Afrikadakı cinayətkar dəstələr həyata keçiriblər. Məktəblilərin kütləvi şəkildə oğurlanması faktının arxasında Epşteynə satılması məqsədinin dayandığı haqda geniş məlumatlar mövcuddur.
İkincisi, uşaqların yardım adı altında oğurlanması. Bu, təbii fəlakətlər zamanı geniş istifadə olunan üsuldur. Buna nümunə kimi Epşteyn adasının əsas qonaqları sırasında olan Bill və Hillari Klintonların yardım fondunun fəaliyyəti göstərilir. Məlumatlara görə, Klinton fondu 2010-cu ildə baş verən dəhşətli Haiti zəlzələsi zamanə 30 mindən çox uşağı “yardım” adı ilə oğurlayıb. Həmin uşaqların taleyi qeyri-müəyyən olaraq qalır. Hətta Haiti polisi məsələ ilə bağlı araşdırma aparanda Hillari Klinton prosesə müdaxilə edərək, araşdırmanı dayandırıb. Bununla bağlı “Vikiliks”də məlumatlar mövcuddur.

Türkiyədən də uşaqların oğurlanaraq, Epşteyn adasına aparıldığı iddiaları yayılıb. Artıq hüquq-mühafizə orqanları bu iddialarla bağlı rəsmi araşdırmaya başlayıblar. Uşaqların qaçılması məsələsi ətrafında müxtəlif ölkələrdə də araşdırmalara start verilib.
Epşteyn sənədləri qlobal elitanın qaranlıq əməllərini ifşa edir.
Asif Nərimanlı
-
Magazin120:36“Mənə indi deyirlər bu kimdir” - Video
-
İKT19:00Altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş
-
Sosial18:48İki şəhərdə icra başçılarının müavinlərinin sayı azaldıldı
-
Dünya17:40Rusiya ilə münaqişə qaçılmazdır: Vaxt təyin edildi
-
Nida Xəbər 16:07Daha 7 Ermənistan vətəndaşına hökm oxundu
-
MDB14:58"Şimaldan hücumlar" barədə mifik açıqlamalar eşidirik: Lavrov Simonyanı danladı
-
Dünya14:20Qəddafinin oğlunun ölümü ilə bağlı sensasion iddia - Bacısı bu bölgəyə işarə etdi
-
Magazin114:08Səidə Bəkirqızının arxiv VİDEOSU yayıldı








.jpg)















.jpg)













