İdman
Luçeskunun son durumu açıqlandı: İkinci dəfə infarkt keçirib?
Mirça Luçeskunun müalicə aldığı xəstəxananın direktoru Katlin Kırstoyu 80 yaşlı məşqçinin hazırkı vəziyyəti barədə danışıb.
Luçesku Rumıniya milli komandasının məşqi zamanı özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, xəstəxananın mətbuat açıqlamasına görə, o, kəskin miokard infarktı keçirib. Məşqçinin ikinci dəfə infarkt keçirə biləcəyi bildirilib .
“Mirça Luçesku xəstəxanadan çıxmazdan əvvəl, hər bir xəstədə olduğu kimi, standart testlərdən keçdi. Həkimlər onun qan təzyiqinin çox aşağı olduğunu görüb EKQ etmək qərarına gəldilər. Daha sonra infarktın inkişaf etdiyi məlum oldu. Bu zaman dərhal müdaxilə edildi və infarkt baş versə də, xəstənin vəziyyəti sabitləşdi.
İkinci dəfə infarkt olmayıb. Buna görə də xəstənin şüurlu və stabil vəziyyətdə olduğunu aydınlaşdırmaq üçün əlavə bir açıqlama verdik. Yeni məlumatlar ortaya çıxarsa, bunu ictimaiyyətə açıqlayacağıq”, – deyə Kırstoyu bildirib.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək




































